main-post-cover

    Samsung Galaxy S11 120 Hz tezlikli ekran ilə satışa çıxacaq

    Elm & Texnologiya
    21.11.2019
    Nijat Hamid
            Samsung markasının bir sonrakı flaqman modeli Galaxy S11 ilə bağlı məlumatlar ortaya çıxmağa davam edir. Bu səfərki məlumatlar isə ekran paneli ilə bağlıdı. Sızıntı məlumatlar ilə məhşur olan Twitter istifadəçisi İceUniverse ekran panelinin 120 Hz tezlikdə olacağı ilə bağlı məlumat verdi. OneUİ 2.0 Beta interfeysinin Korea versiyasında 120 Hz ekran tezliyi ilə bağlı ayarların olduğu aşkarlandı. 

    Note 9 üçün yayımlanan OneUİ 2.0 Beta interfeysinin Korea variyantında 120 Hz ekran ayarı aşkarlandı. Bu o deməkdir ki, gələn il Galaxy S11-də 120 Hz tezlikli ekran istifadə edilə bilər.

            120 Hz ekran olması cihazın interfeysinin gözə daha çox axıcı gəlməsi deməkdir. Bundan öncə Razer fırması 120 Hz ekranlı cihazlar çıxarsa da qiymət və stok səbəbi ilə çox istifadəçilərin diqqətini çəkmədi. Bu səfər bunu Samsung-un etməsi şirkəti həm rəqiblərindən daha irəlidə olmasına, həm də möhtəşəm bir interfeys təcrübəsinə səbəb olacaq. Galaxy S11 ilə bağlı bilinən digər məlumatlar isə cihazda çox incə çərçivələrin olacağı, 3720 Mah batareyaya malik olacağı, Night Hyperlapse adı verilən gecə çəkimlərində sürətləndirmə texnologiyasının və SAmoled patentli yeni ekran ilə gələcəyidir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər