main-post-cover

    Samsung Galaxy S21-də ekranın alt hissəsinə yerləşdirilmiş ön kameradan istifadə oluna bilər

    Elm & Texnologiya
    10.04.2020
    Farid Pardashunas
        Baxmayaraq ki, Samsung şirkətinin Galaxy S20 flaqman smartfon seriyası hələ bir neçə müddət bundan öncə satışa çıxıb, internetdə artıq Galaxy S21 seriyası barəsində məlumatlar ortaya çıxmağa başlayıb. Bu barədə Gagadget saytı xəbər verib. Belə ki, Ice Universe ləqəbli məşhur çinli insayderin verdiyi məlumata əsasən Samsung şirkəti Galaxy S21 seriyasında ekranın alt hissəsinə yerləşdirilmiş kameradan istifadə imkanını nəzərdən keçirdir.
        Hal hazırda şirkət mühəndisləri bunun reallaşdırılmasının nə dərəcədə mümkün olduğunu qiymətləndirirlər. Təssüflər olsun ki, Galalxy S21 barəsində digər bir məlumat yoxdur. Qeyd etmək lazımdır ki, bu cür texnologiya üzərində təkcə Samsung şirkəti çalışmır. Belə ki, keçən ilin sonunda ekranın alt hissəsinə inteqrasiya edilmiş ön kameraya sahib smartfonun prototipini OPPO şirkəti təqdim etmişdi. Bununla yanaşı buna bənzər texnologiyaya sahib smartfon üzərində həmçinin Xiaomi şirkəti də çalışır. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər