
Samsung Galaxy S9'da ekran problemi ortaya çıxdı
Elm & Texnologiya
24.03.2018
Nijat
Keçən həftələrdən etibarən Samsung, Galaxy S9-ı öncədən sifariş edən insanlara telefonlarını göndərməyə başladı. İlk günlərdə hamıda problemsiz işləsə də, 1 həftə sonra Samsung servislərinə çoxlu şikayətlər gəlməyə başladı. Bu şikayətlərə səbəb isə Ölü Piksel(nöqtə) və ekrandakı Sensorun bəzi yerlərdə yavaş işləməsi idi. Edilən şikayətlərə əsasən, problem telefonun ekranının ən çox alt və üst hissələrində olur. Samsung isə problem yaşayan insanların telefonlarını istisnasız yenisi ilə dəyişdiyini bildirdi.
Ölü piksel və Sensorda yavaşlama hallarının OLED ekran ilə birbaşa bağlı olduğunu və xronik xəta olduğu düşünülür.
Hələki Samsung bu iddiaları qəbul etmiş deyil. Əgər xronik xəta olaraq qəbul edilsə, Samsung bazardakı bütün Galaxy S9 modellərini geri çağırmalı olacaq. Servislərin bildirdiyinə görə, bu problemlər indilik idarə ediləcək səviyyədə irəliləyir. Samsung bu xətaların adının çox hallanmaması üçün problem yaşayan bütün istifadəçilərin telefonunu yenisi ilə dəyişir. Görək önümüzdəki günlərdə nələr olacaq. Əgər xronik xəta olaraq qəbul edilsə Samsung necə addım atacaq görəcik.

Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Azercell-in eksklüziv tərəfdaşlığı ilə “Bakı Marafonu 2025” baş tutdu
