main-post-cover

    Samsung, Galaxy S9 modelinin satışlarından narazıdı: Gözlənilən nəticəni vermədi

    Elm & Texnologiya
    16.05.2018
    Nijat Hamid
    Dünyanın nəhəng şirkətlərindən hesab olunan Samsung, Galaxy S9 modeli ilə əvvəlki ilə nəzərən daha çox telefon satmağı düşünürdü. Açıqlanan satış rəqəmlərinə görə isə, istədiyi nəticəni hələ əldə etmiş deyil. Qeyd edək ki, Galaxy S9 modeli S8-ə oxşarlığı və qiymətinin baha olması isə əlaqəli çox tənqid edilmişdi. 
    Galaxy S9 modeli Cənubi Koreyada 2 ayda 1 milyon satıldı. Əvvəlki il Galaxy S8 modeli 37 gündə 1 milyon satılmışdı.    
    Samsung rəsmiləri deyir ki, satış sayının az olma səbəbi S8-ə oxşayan Galaxy A8 modelinin yeni versiyasının satışa çıxmasıdır. Şirkətin bu ilki satış sürəti, ən zəyif satışlardan 1-i kimi qəbul edilir. Rəsmilər deyir ki, "Hər nə olsa da inanırıq ki, Galaxy S9 modeli S8-dən daha çox satılacaq". Bu səbəbdən bir sıra əlavə rəngli modellərı satışa çıxaran şirkət satış sayını artırmağı planlayır.
    Linki kopyala