main-post-cover

    Samsung Galaxy S9 və S9+ modellərinin yeni fotoları sızdırılıb

    Elm & Texnologiya
    25.12.2017
    Farid Pardashunas
    İnternetə keyslərdə yerləşmiş Galaxy S9 və S9+ smartfonlarının yeni fotoları sızıdırılıb.
    Çox güman ki, fotolarda təqdim olunmuş smartfon dizaynı bizim Fevral ayında görəcəyimiz yekun dizayndır. Daha öncə sızdırılmış məlumatlara inansaq yeni modellər bu ilki Galaxy S8S8+ modellərindən görünüşcə heç də fərqlənməyəcəklər. Bu ilki modellər ilə müqayisədə görmək olar ki, yeni modellərdə yuxarı və aşağı çərçivələr daha da nazikləşiblər. Barmaq izi skanı isə arxa kameranın yan hissəsindən alt hissəsinə keçirilib. Qalan diayn özəllikləri baxımından isə onlar bu ilki modellərə bənzəyəcəklər.

    18:9 nisbətində ekran və hər iki tərəfdən əhatə olunmuş şüşə korpus. Yeniliklərdən biri də Galaxy S9+ modelində ikili arxa kameranın olacağıdır. Həmin ikili arxa kamera bu ilki Galaxy Note 8-dəki kimi olacaq. Yəni ikinci kamera təsvirin ikiqat optik böyüdülməsi üçün istifadə olunacaq. Həmçinin smartfonlar sol tərəfdən Bixby səsli köməkçinin işə salınması üçün düyməni, 3.5 mm-lik audiogirişi və microSD kart girişini özlərində birləşdirəcəklər. Yeni Galaxy S modellərinin Fevral ayının sonunda təqdim olunacaqları güman olunur. Onların dizaynları barədə məlumatlar olsa da, dəqiq mənbələr tərəfindən texniki göstəricilər barədə hələ də məlumat yoxdur.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər