
Samsung Galaxy SmartTag 2 axtarış trekeri anons edilib - QİYMƏTİ
Elm & Texnologiya
05.10.2023
Emil
Samsung şirkəti Galaxy SmartTag 2 axtarış trekerini anons edib. Yeni axtarış trekeri Galaxy SmartTag-dan fərqli olaraq yenilənmiş xarici görünüşü əldə edib. Onun gövdəsi plastik materialdan hazırlanıb və üstəlik özündə metal materialdan hazırlanmış halqanı birləşdirir. Yeni axtarış trekerinin gövdəsi həmçinin IP67 standartı üzrə sudan qorunur. Galaxy SmartTag 2 Bluetooth və UWB (Ultra-Wide Band) texnologiyalarını dəstəkləyir. Məlumatda qeyd edilib ki, Galaxy SmartTag 2 axtarış trekeri Lost Mode adlı rejimi əldə edib. Bu rejim çərçivəsində trekerin sahibi onun sisteminə öz kontakt məlumatlarını qeyd edə bilər.
Nəticədə treker itən halda onu tapmış digər şəxs NFC vasitəsilə trekeri skan edə və bu üsul ilə treker sahibinin kontakt məlumatlarını əldə edə bilər. Bundan əlavə olaraq Galaxy SmartTag 2-də Compass View adlı daha bir rejim də reallaşdırılıb. Bu rejim trekerə olan istiqamətlənməni dəqiq şəkildə əks etdirərək itmiş əşyaların tapılma prosesini daha da sadələşdirir. Lakin bu rejim yalnız UWB dəstəkli Android smartfonlarda çalışacaq. Galaxy SmartTag 2 öz batareyası hesabına 500 gün ərzində çalışa bilir. Power Saving Mode rejiminin aktivləşdirilməsi halında bu göstərici 700 gün təşkil edir. Galaxy SmartTag 2 qlobal bazarda 11 oktyabr tarixində satışa çıxacaq və 29$-a satılacaq.
Paylaş
Bənzər xəbərlər