Logo
    main-post-cover

    Samsung Galaxy SmartTag 2 axtarış trekeri sertifikatlaşdırmadan keçib

        Artıq heç kim üçün sirr deyil ki, Samsung şirkəti itmiş əşyaların axtarılmasına istiqamətlənmiş Galaxy SmartTag axtarış trekerinin yeni versiyası üzərində çalışır. Söhbət, Galaxy SmartTag 2-dən gedir. Görünür, axtarış trekerinin yeni versiyasının təqdimatı artıq çox yaxındır. Belə ki, Galaxy SmartTag 2 NBTC adlı sertifikatlaşdırma agentliyinin məlumatlar bazasında ortaya çıxıb. Axtarış trekerinin sertifikatlaşdırmadan keçməsi onun yaxın zamanda təqdim olunacağına işarə edir. NBTC-nin məlumatlar bazasında Galaxy SmartTag 2-nin özəllikləri barəsində məlumatlar əks olunmayıb. Lakin son məlumat sızıntlarına inansaq, Galaxy SmartTag 2 yenilənmiş dizaynı, daha uzun müddət ərzində çalışma özəlliyini və daha geniş radius dəstəyini əldə edəcək.
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Samsung Galaxy SmartTag 2 axtarış trekeri sertifikatlaşdırmadan keçib | Technote