Logo
    main-post-cover

    Samsung Galaxy SmartTag 2 axtarış trekerinin fotoları ortaya çıxıb

        Biz artıq dəfələrlə məlumat vermişik ki, Samsung hal hazırda Galaxy SmartTag axtarış trekerinin yeni versiyası üzərində çalışır. Söhbət Galaxy SmartTag 2-dən gedir. İndi isə internetdə bu cihazın fotoları ortaya çıxıb. Render fotolardan da görmək olar ki, yeni axtarış trekeri bazara iki gövdə rəngində satışa çıxacaq. Qara və ağ. Təəssüflər olsun ki, Galaxy SmartTag 2-nin texniki imkanları barəsində heç bir məlumat verilməyib. Lakin daha öncəki məlumat sızıntılarına əsasən Samsung-un yeni axtarış trekeri daha uzun müddət ərzində çalışa biləcək və daha geniş çalışma radiusuna sahib olacaq. Galaxy SmartTag 2-nin yaxın zamanda təqdim olunacağı gözlənilir.
    Paylaş
    Bənzər xəbərlər