Logo
    main-post-cover

    Samsung Galaxy Tab A9 planşetinin render fotosu və texniki göstəriciləri təqdim edilib

    Elm & Texnologiya
    06.10.2023
    Emil
        Artıq məlumdur ki, Samsung şirkəti hal hazırda Galaxy Tab A9 planşet seriyası üzərində çalışır. Sözügedən planşet seriyasına adi Galaxy Tab A9 ilə yanaşı həmçinin Tab A9+ modeli də daxil olmalıdır. İndi isə insayderlər adi Galaxy Tab A9-un render fotosunu və bəzi texniki göstəricilərini təqdim ediblər. Məlumatda qeyd edilib ki, planşet metal materialdan hazırlanmış gövdəni əldə edəcək.
        Fotodan da görmək olar ki, o özündə bir ədəd arxa kameranı birləşdirəcək. Planşetin ekran ətrafı çərçivələri isə qalın olacaqlar. Texniki göstəricilərə gəldikdə isə Galaxy Tab A9 planşeti MediaTek Helio G99 prosessoru vasitəsilə çalışacaq və özündə 4 GB RAM-ı, 64 GB daxili yaddaş həcmini və 15 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareyanı birləşdirəcək. Galaxy Tab A9 planşet seriyasının yaxın zamanda təqdim olunacağı gözlənilir.
    Paylaş
    Bənzər xəbərlər