
Samsung Galaxy Tab S3 planşetinin texniki göstəriciləri və render fotosu sızdırılıb
Elm & Texnologiya
08.05.2017
Satışa çıxmağa hazırlaşan Samsung Galaxy Tab S3 planşetinin texniki göstəriciləri və render fotosu sızıdırılıb.
Qeyd etmək lazımdır ki, planşet rəsmi
olaraq təqdim olunmayıb. Məlumata əsasən Galaxy Tab S3, S Pen stilusuna sahib
olacaq. Lakin stilusu, Note seriyasındakı kimi smartfonun daxilinə yerləşdirmək
mümkün olmayacaq. Planşet, 9.7 inç Super AMOLED ekran, Snapdragon 820
prosessoru, 4 GB RAM, 32/128 GB daxili yaddaş, 12 MP-lik arxa və 5 MP-lik ön
kamera ilə təchiz olunacaq. Cihaz, Android 7.0 Nougat əməliyyat sistemi vasitəsilə
çalışacaq. Onun güman olunan qiyməti isə 580$-dır. Galaxy Tab S3-ün təqdimatı
bu ayın sonunda keçiriləcək MWC 2017 sərgisində baş tutacaqğı gözlənilir.
Bənzər xəbərlər
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...