
Samsung Galaxy Tab S9 FE adlı yeni planşet modeli üzərində çalışır
Elm & Texnologiya
12.06.2023
Emil
Samsung-un hal hazırda hazırladığı Galaxy Tab S9 planşet seriyasına 3 modelin daxil olacağı gözlənilir. Söhbət, Galaxy Tab S9, Tab S9+ və Tab S9 Ultra modellərindən gedir. Lakin insayderlərin verdikləri yeni məlumata əsasən Samsung daha bir Galaxy Tab S9 modeli üzərində çalışır və o, Galaxy Tab S9 FE adını əldə edəcək. İnsayderlər bildiriblər ki, Galaxy Tab S9 FE modeli sözügedən planşet seriyasının baza modeli olacaq.
Təəssüflər olsun ki, hazırlanan bu modelin texniki özəllikləri hələ məlum deyil. Sadəcə güman etmək olar ki, Galaxy Tab S9 FE modeli minimum 10 düym ölçülü ekran, Qualcomm və ya Exynos prosessoru, 25 vatt gücündə sürətli şarj texnologiyalı 10 000 mAh enerji tutumlu batareya və 5G modem ilə təchiz olunacaq. Galaxy Tab S9 FE-ni yaxın zamanda gözləmək lazım deyil. Belə ki, insayderlərin sözlərinə əsasən bu planşet ya bu ilin sonunda ya da gələn ilin əvvəlində təqdim olunacaq.
Paylaş
Bənzər xəbərlər