
Samsung Galaxy Tab S9 FE planşetinin bəzi texniki göstəriciləri və satış qiymətləri ortaya çıxıb
Elm & Texnologiya
10.08.2023
Emil
Artıq məlumdur ki, Galaxy Tab S9 planşet seriyasından sonra Samsung indi Galaxy Tab S9 FE planşet seriyası üzərində çalışır. Sözügedən yeni planşet seriyasına daxil olacaq adi Galaxy Tab S9 FE modelinin texniki göstəriciləri və satış qiymətləri internetdə ortaya çıxıb. Ortaya çıxmış məlumata əsasən planşet iki versiyaya sahib olacaq. Yalnız Wi-Fi dəstəkli və Wi-Fi ilə 5G dəstəkli. Hər iki versiya 10.9 düym ekran, Exynos 1380 prosessoru, 6 GB RAM və 128 GB daxili yaddaş həcmi ilə təchiz olunacaq.
Bununla yanaşı planşet özündə barmaq izi skanı texnologiyasını və bir neçə ədəd stereo səsgücləndiricini birləşdirəcək. Məlumata əsasən Galaxy Tab S9 FE-nin Wi-Fi dəstəkli versiyası 763$-a, Wi-Fi ilə 5G dəstəyinə sahib versiyası isə 787$-a satılacaq. Galaxy Tab S9 FE planşet seriyasının nə zaman təqdim olunacağı barəsində məlumat olmasa da, məlum olan digər fakt ondan ibarətdir ki, bu seriyaya Galaxy Tab S9 FE ilə yanaşı həmçinin Tab S9 FE+ modeli də daxil olacaq.
Paylaş
Bənzər xəbərlər