main-post-cover

    Samsung Galaxy Tab S9 FE planşetinin keyfiyyətli render fotoları təqdim edilib

    Elm & Texnologiya
    14.07.2023
    Emil Nəcəfov
        OnLeaks ləqəbli məşhur insayder Samsung Galaxy Tab S9 FE planşetinin keyfiyyətli render fotolarını təqdim edib. Təqdim edilmiş render fotolardan belə qənaətə gəlmək olar ki, Galaxy Tab S9 FE modeli xarici görünüşcə bu ayın sonunda təqdim ediləcək adi Galaxy Tab S9 modelinə bənzəyəcək. Galaxy Tab S9 FE planşeti 10.9 düym ekranla təchiz olunacaq və özündə stereo səsgücləndiriciləri, USB-C girişini və yandırıb/söndürmə düyməsinə inteqrasiya ediləcək barmaq izi skanı texnologiyasını birləşdirəcək. Son məlumat sızıntılarına əsasən Galaxy Tab S9 FE Exynos 1380 prosessoru vasitəsilə çalışacaq. Sözügedən planşet modelini yaxın zamanda gözləmək lazım deyil. O ya bu ilin sonunda ya da gələn ilin əvvəlində təqdim olunmalıdır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər