
Samsung Galaxy Tab S9 FE planşetinin satış qiyməti açıqlanıb
Elm & Texnologiya
08.08.2023
Emil
Keçən ayın sonunda Samsung şirkəti Galaxy Unpacked tədbiri çərçivəsində Galaxy Tab S9 planşet seriyasını təqdim etmişdi. Lakin son zamanlarda ortaya çıxmış məlumatlara əsasən şirkət həmçinin Galaxy Tab S9 FE planşet seriyası üzərində çalışır. Keçən həftənin sonunda məlum oldu ki, bu yeni planşet seriyasına daxil olacaq planşetlər Galaxy Tab S9 FE və Tab S9 FE+ adlarını əldə edəcəklər. İndi isə insayderlər Galaxy Tab S9 FE-nin satış qiyməti barəsində məlumatları təqdim ediblər.
İnsayderlərin sözlərinə əsasən 6 GB RAM, 128 GB daxili yaddaş həcmi ilə təchiz olunmuş və Wi-Fi dəstəyinə sahib Galaxy Tab S9 FE 760$-a satılacaq. Sözügedən qiymət planşetin Hindistan bazarı üçün nəzərdə tutulmuş satış qiymətidir. Digər ölkələrdə planşetin satış qiyməti mütləq şəkildə fərqlənəcək. Son məlumat sızıntılarına əsasən Galaxy Tab S9 FE planşeti 10.9 düym ekran və Exynos 1380 prosessoru vasitəsilə çalışacaq. Galaxy Tab S9 FE planşet seriyasının nə zaman təqdim olunacağı barəsində dəqiq bir məlumat yoxdur.
Paylaş
Bənzər xəbərlər