
Samsung Galaxy Tab S9 FE planşetinin vacib texniki göstəricilərindən biri məlum olub
Elm & Texnologiya
03.07.2023
Emil
Samsung yaxın zamanda Galaxy Tab S9 planşet seriyasını təqdim etməlidir. Sözügedən seriyaya adi Galaxy Tab S9 ilə yanaşı həmçinin Tab S9+ və Tab S9 Ultra modelləri də daxil olacaqlar. Lakin hələ bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Samsung əlavə olaraq Galaxy Tab S9 FE modeli üzərində də çalışır. Galaxy Tab S9 FE modelinin ya bu ilin sonunda ya da gələn ilin əvvəlində təqdim olunacağı gözlənilir.
İndi isə insayderlər bu planşet modelinin hansı prosessor vasitəsilə çalışacağını bildiriblər. Beləliklə insayderlərin sözlərinə əsasən Galaxy Tab S9 FE planşeti Exynos 1380 prosessoru vasitəsilə çalışacaq. Qeyd etmək lazımdır ki, Galaxy A54 5G, F54 5G və M54 5G smartfonları da bu prosessor vasitəsilə çalışırlar. Daha öncəki məlumat sızıntılarına əsasən Galaxy Tab S9 FE planşeti minimum 10 düym ölçülü ekran, 25 vatt gücündə sürətli şarj texnologiyalı 10 000 mAh enerji tutumlu batareya və 5G modem ilə təchiz olunmalıdır.
Paylaş
Bənzər xəbərlər