Logo
    main-post-cover

    Samsung Galaxy Tab S9 FE planşetləri barəsində yeni məlumatlar təqdim edilib

        Samsung-un Macarıstan üzrə şöbəsi öz saytında Galaxy Tab S9 FE planşet seriyası barəsində məlumatları paylaşıb. Qeyd etmək lazımdır ki, sözügedən planşet seriyasına Galaxy Tab S9 FE və Tab S9 FE+ modelləri daxil olacaqlar. Məlumdur ki, sözügedən planşetlər Wi-Fi 5G dəstəkli versiyalarda satışa çıxacaqlar.
        Paylaşılmış yeni məlumatlara əsasən isə Galaxy Tab S9 FE planşetləri 8/12 GB RAM128/256 GB daxili yaddaş həcmi ilə təchiz olunacaqlar. Məlumatda həmçinin qeyd edilib ki, yeni planşetlər boz, lavanda, nanə və gümüş gövdə rənglərində satılacaq. Son məlumat sızıntılarına əsasən Galaxy S23 FE modeli 10.9 düym, Galaxy S23 FE+ modeli isə 12.4 düym ekranla təchiz olunacaq. Planşetlərin Exynos 1380 prosessoru vasitəsilə çalışacaqları gözlənilir. Galaxy Tab S9 FE planşet seriyasının nə zaman təqdim olunacağı bilinmir.
    Paylaş
    Bənzər xəbərlər