Logo
    main-post-cover

    Samsung Galaxy Tab S9 FE planşetləri təqdim edilib - QİYMƏTİ

        Samsung şirkəti Galaxy S23 FE smartfonu ilə yanaşı həmçinin Galaxy Tab S9 FE planşet seriyasını da təqdim edib. Sözügedən planşet seriyasına Galaxy Tab S9 FE və Tab S9 FE+ modelləri daxil olublar. Sözügedən planşetlər böyük ölçülü ekranları, stereo səsgücləndiriciləri və sürətli şarj texnologiyasının dəstəyini əldə ediblər. Onu da qeyd etmək lazımdır ki, bu hər iki planşetin komplektinə S Pen stilusu daxildir. Planşetlər öz aralarında ekran ölçüsü, RAM yaddaşı, arxa kameralar və batareya həcmi üzrə fərqlənirlər. Bundan əlavə olaraq onların gövdələri IP68 standartı üzrə sudan qorunurlar.
        Planşetlər özlərində Dolby Atmos dəstəkli stereo səsgücləndiriciləri birləşdirirlər və barmaq izi skanı texnologiyası onlarda yandırıb/söndürmə düyməsinə inteqrasiya edilib. Beləliklə adi Galaxy Tab S9 FE modeli 90 Hz-lik təsvir yenilənməsinə sahib 2304x1440 piksel keyfiyyətli 10.9 düym IPS ekranla, Galaxy Tab S9 FE+ modeli isə 90 Hz-lik təsvir yenilənməsinə sahib 2560x1600 piksel keyfiyyətli 12.4 düym IPS ekranla təchiz olunub. Hər iki planşet 5 nanometrlik Exynos 1380 prosessoru vasitəsilə çalışır və özündə 128/256 GB daxili yaddaş həcmini (1 TB-a kimi microSD dəstəkli) birləşdirir.
        Galaxy Tab S9 FE modeli 6/8 GB RAM, 8 MP-lik arxa kamera, 12 MP-lik ön kamera və 45 vatt gücündə sürətli şarj texnologiyalı 8000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Galaxy Tab S9 FE+ modelinə gəldikdə isə o, 8/12 GB RAM, 8 MP + 8 MP ikili arxa kamera, 12 MP-lik ön kamera və 45 vatt gücündə sürətli şarj texnologiyalı 10 090 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Galaxy Tab S9 FE planşetləri yaxın günlərdə satışa çıxacaqlar. Adi Galaxy Tab S9 FE modelinin qiyməti 529 avrodan, Galaxy Tab S9 FE+ modelinin qiyməti isə 699 avrodan start götürəcək.
    Paylaş
    Bənzər xəbərlər