Logo
    main-post-cover

    Samsung Galaxy Tab S9 FE planşetlərinin adları ortaya çıxıb

        Keçən ayın sonunda baş tutmuş Galaxy Unpacked tədbiri çərçivəsində Samsung şirkəti Galaxy Tab S9 planşet seriyasını təqdim etdi. Sözügedən seriyaya Galaxy Tab S9, Tab S9+ Tab S9 Ultra modelləri daxil oldular. Lakin hələ təqdimatdan öncə məlumatlar yayılmışdı ki, şirkət həmçinin Galaxy Tab S9 FE planşet seriyası üzərində çalışır. İndi isə Samsung hələ təqdim edilməmiş bu yeni planşet seriyasının modellərinin adlarını səhvən ortaya çıxarıb.
        Hələ təqdim edilməmiş planşetlərin adları Samsung-un Fransa üzrə şöbəsinin saytında ortaya çıxıb. Məlumata əsasən yeni planşetlər Galaxy Tab S9 FE və Tab S9 FE+ adlarını əldə edəcəklər. Daha öncəki məlumat sızıntılarına inansaq, Galaxy Tab S9 FE modeli 10.9 düym, Tab S9 FE+ modeli isə 12.4 düym ekranla təchiz olunmalıdır. Hər iki planşetin Exynos 1380 prosessoru vasitəsilə çalışacağı gözlənilir. Galaxy Tab S9 FE planşet seriyasının nə zaman təqdim olunacağım bilinmir. Çox güman ki, sözügedən yeni planşetlər ya bu ilin sonunda ya da gələn ilin əvvəlində təqdim olunacaq.
    Paylaş
    Bənzər xəbərlər