Samsung Galaxy Tab S9 FE planşetlərinin satış qiymətləri ortaya çıxıb

Samsung Galaxy Tab S9 FE planşetlərinin satış qiymətləri ortaya çıxıb

Texnologiya
04.09.2023 PAYLAŞIM

    Hələ təqdim edilməmiş Samsung Galaxy Tab S9 FE planşet seriyası barəsində məlumatlar internetdə ortaya çıxmağa davam edirlər. İndi isə bu planşet seriyasına daxil olacaq modellərin Avropa bazarında hansı qiymətə satılacaqları barəsində məlumat ortaya çıxıb. Qeyd etmək lazımdır ki, sözügedən yeni planşet seriyasına Galaxy Tab S9 FE ilə yanaşı həmçinin Galaxy Tab S9 FE+ modeli də daxil olacaq.


    Beləliklə ortaya çıxmış məlumata əsasən 11 düym ekrana sahib olacaq Galaxy Tab S9 FE modelinin 6 GB RAM128 GB daxili yaddaş həcmi ilə təchiz olunacaq versiyası 549 avroya satılacaq. 12.4 düym ekrana sahib olacaq Galaxy Tab S9 FE+ modelinə gəldikdə isə onun 8 GB RAM 128 GB daxili yaddaş həcmi ilə təchiz olunacaq versiyası 749 avroya satılacaq. Qeyd etmək lazımdır ki, hər iki planşetin Exynos 1380 prosessoru vasitəsilə çalışacağı gözlənilir. Galaxy Tab S9 FE planşet seriyasının nə zaman təqdim olunacağı hələ bilinmir.



DAHA ÇOX


Google Fitbit Charge 6 smart qolbağını təqdim edib - QİYMƏTİ

Google şirkəti 2021-ci ildə smart qolbaq istehsalçısı olan Fitbit-i almışdı. İndi isə şirkət sözüged..


Lenovo şirkəti Tab M11 planşeti üzərində çalışır

Lenovo şirkəti bu ilin əvvəlində 5G dəstəkli Tab M10 planşetini təqdim etmişdi.


OnePlus Buds Pro 3 naqilsiz qulaqlığının fotoları təqdim edilib

OnePlus şirkətinin hal hazırda üzərində çalışdığı yeni məhsullardan biri də OnePlus Buds Pro 3 adlı ..


ChatGPT dəstəkli smart eynək təqdim edilib - QİYMƏTİ

Solos adlı şirkət süni zəka əsaslı ChatGPT çat-botuna sürətli keçid funksiyasına sahib AirGo 3 adlı ..


Apple şirkətinin keçmiş baş dizayneri Jony Ive, OpenAI CEO-su ilə süni zəka dəst..

The Information saytının verdiyi məlumata əsasən Apple şirkətinin keçmiş baş dizayneri Jony Ive, Ope..


Meta Quest 3 qarışıq reallıq cihazının satış tarixi açıqlanıb (VİDEO)..

Meta şirkəti özünün Connect adlı tədbiri çərçivəsində Meta Quest 3 qarışıq reallıq (AR + VR) cihazın..

×