
Samsung Galaxy Tab S9 flaqman planşetinin vacib texniki özəlliyi barəsində məlumat verilib
Elm & Texnologiya
24.02.2023
Emil
Samsung hal hazırda Galaxy Tab S9 flaqman planşeti üzərində çalışır. Onun rəsmi texniki özəllikləri hələ bilinmir. Lakin buna baxmayaraq insayderlər sözügedən planşetin texniki özəlliklərindən biri barəsində məlumat veriblər. Belə ki, Galaxy Tab S9-u heç bir narahatlıq keçirtmədən hətta duş kabininə də salmaq mümkün olacaq. Məlumatda qeyd edilib ki, Galaxy Tab S8-dən fərqli olaraq Galaxy Tab S9 modeli IP67 standartı üzrə sudan və tozdan qorunma özəlliyinə sahib olacaq. Əgər bu məlumat təsdiqlənsə, deməli planşeti 1 metr su dərinliyinə 30 dəqiqə müddətinə endirmək mümkün olacaq. Bu həmçinin o deməkdir ki, planşetdən rahatlıqla yaş əllərlə və ya yağışın altında istifadə etmək mümkün olacaq. Gözləntilərə əsasən Galaxy Tab S9 planşeti stilus dəstəyinə sahib AMOLED ekran və flaqman prosessor ilə təchiz olunacaq. Planşetin bu ilin ikinci yarısında təqdim ediləcəyi gözlənilir.
Paylaş
Bənzər xəbərlər