Logo
    main-post-cover

    Samsung Galaxy Tab S9 planşet seriyasının reklam fotosu təqdim edilib

        Keçən həftə qatlana bilən Galaxy Z Fold 5Z Flip 5 smartfonlarının rəsmi reklam fotoları ortaya çıxmışdı. İndi isə Galaxy Tab S9 planşet seriyasının rəsmi reklam fotosu ortaya çıxıb. Ortaya çıxmış fotoda Galaxy Tab S9, Tab S9+Tab S9 Ultra modelləri əks olunub. Fotodan da görmək olar ki, sözügedən planşetlər öz aralarında ilk növbədə ekran ölçüsü baxımından fərqlənəcəklər. Galaxy Tab S9 modelinin 11 düym, Tab S9+ modelinin 12.4 düym, Tab S9 Ultra modelinin isə 14.6 düym ekranla təchiz olunacağı gözlənilir. Reklam fotosu onu təsdiqləyir ki, Galaxy Tab S9 Ultra modeliniun ekranı üzərində ön kamera üçün nəzərdə tutulmuş çıxıntı hissə yerləşəcək.
    Paylaş
    Bənzər xəbərlər