Logo
    main-post-cover

    Samsung Galaxy Tab S9 Ultra-nın texniki özəllikləri ortaya çıxıb

        İnsayderlər Samsung şirkətinin hal hazırda üzərində çalışdığı Galaxy Tab S9 planşet seriyasına daxil olacaq modellərdən biri barəsində məlumatlar veriblər. Söhbət, Galaxy Tab S9 Ultra planşet modelindən gedir. Beləliklə insayderlərin sözlərinə əsasən Galaxy Tab S9 Ultra planşeti 120 Hz-lik təsvir yenilənməsinə sahib 2960x1848 piksel keyfiyyətli 14.6 düym ekran ilə təchiz olunacaq.
        Planşet Snapdragon 8 Gen 2 for Galaxy (Snapdragon 8 Gen 2-nin sürətləndirilmiş versiyası) prosessoru vasitəsilə çalışacaq və özündə 45 vatt gücündə sürətli şarj texnologiyalı 11200 mAh enerji tutumlu batareya ilə 16 GB-lıq RAM-ı birləşdirəcək. Bununla yanaşı Galaxy Tab S9 Ultra-nın gövdəsi IP68 standartı üzrə sudan qorunacaq. Galaxy Tab S9 planşet seriyasının yay fəslinin sonunda təqdim ediləcəyi gözlənilir.
    Paylaş
    Bənzər xəbərlər