Logo
    main-post-cover

    Samsung Galaxy Tab S9 Ultra-nın yeni render fotoları və texniki göstəriciləri təqdim edilib

        Evan Blass adlı məşhur insayder təqdimata hazırlaşan Galaxy Tab S9 planşet seriyasına daxil olacaq Galaxy Tab S9 Ultra modelinin yeni render fotolarını və texniki göstəricilərini təqdim edib. İnsayderin sözlərinə əsasən Galaxy Tab S9 Ultra planşeti 120 Hz-lik təsvir yenilənməsinə sahib 14.6 düym Dynamic AMOLED ekran ilə təchiz olunacaq. Ekranın yuxarı mərkəz hissəsində isə ikili ön kamera üçün nəzərdə tutulmuş çıxıntı yerləşəcək.
        Galaxy Tab S9 Ultra Snapdragon 8 Gen 2 prosessoru vasitəsilə çalışacaq və özündə 12 GB RAM-ı, 512 GB daxili yaddaş həcmini və 45 vatt gücündə sürətli şarj texnologiyalı 11200 mAh enerji tutumlu batareyanı birləşdirəcək. İnsayder bildirib ki, sözügedən planşet modeli 12 MP + 12 MP ikili ön kameraya sahib olacaq. Qeyd etmək lazımdır ki, Galaxy Tab S9 planşet seriyası 26 iyul tarixində baş tutacaq Galaxy unpacked tədbiri çərçivəsində təqdim olunacaq.
    Paylaş
    Bənzər xəbərlər