
Samsung Galaxy Tab S9 Ultra planşeti Geekbench testlərindən keçib
Elm & Texnologiya
12.06.2023
Emil
Artıq məlumdur ki, Samsung şirkəti gələn ayın sonunda Galaxy Unpacked tədbiri çərçivəsində yeni qatlana bilən smartfonları olacaq Galaxy Z Fold 5 ilə Z Flip 5-i təqdim edəcək. Lakin şirkət smartfonlarla yanaşı Galaxy Tab S9 planşet seriyasını da təqdim edəcək və bu seriyaya bir neçə model daxil olacaq. Onlardan biri də Galaxy Tab S9 Ultra olacaq. Məlum olub ki, Galaxy Tab S9 Ultra modeli Geekbench testlərindən keçib. Geekbench sayəsində planşet barəsində daha öncəki məlumat sızıntıları öz təsdiqini tapıblar.
Belə ki, Galaxy Tab S9 Ultra planşeti Galaxy S23 smartfon seriyasında olduğu kimi Snapdragon 8 Gen 2 prosessorunun bir qədər sürətləndirilmiş versiyası vasitəsilə çalışacaq. Söhbət, Snapdragon 8 Gen 2 for Galaxy-dən gedir. Bununla yanaşı planşet 12 GB RAM ilə təchiz olunacaq və OneUI 5.1.1 interfeysli Android 13 əməliyyat sisteminə sahib olacaq. Galaxy Tab S9 Ultra Geekbench-in bir nüvəli testi çərçivəsində 2086 xal, çox nüvəli testi çərçivəsində isə 5686 xal toplayıb.
Paylaş
Bənzər xəbərlər