main-post-cover

    Samsung Galaxy Tab S9+ ilə Tab S9 Ultra planşetləri barəsində yeni məlumat ortaya çıxıb

    Elm & Texnologiya
    31.05.2023
    Farid Pardashunas
        Hələ təqdim edilməmiş Samsung Galaxy Tab S9 planşet seriyası barəsində məlumatlar ortaya çıxmağa davam edir. Sözügedən planşet seriyasına daxil olacaq Galaxy Tab S9+ ilə Tab S9 Ultra modelləri bu dəfə TUV adlı sertifikatlaşdırma agentliyinin məlumatlar bazasında ortaya çıxıblar. Sertifikatlaşdırma agentliyinin məlumatlar bazasında bu planşet modellərinin hansı gücdə sürətli şarj texnologiyasının dəstəyinə sahib olacaqları əks olunub. İlk öncə məlumatda qeyd edilib ki, Galaxy Tab S9+ ilə Tab S9 Ultra modelləri 5G dəstəyinə sahib olacaqlar.
        Onlar 45 vatt gücündə sürətli şarj texnologiyasını özlərində birləşdirəcəklər. Qeyd etmək lazımdır ki, hal hazırda aktual olan Galaxy Tab S8 planşet seriyasının modelləri də 45 vatt gücündə sürətli şarj texnologiyasını dəstəkləyirlər. Daha öncəki məlumat sızıntılarına əsasən Galaxy Tab S9 planşet seriyasının bu modelləri 120 Hz-lik təsvir yenilənməsinə sahib ekran ilə təchiz olunacaqlar və Snapdragon 8 Gen 2 prosessorunun sürətləndirilmiş versiyası vasitəsilə çalışacaqlar. Galaxy Tab S9 planşet seriyasının qatlana bilən Galaxy Z Fold 5Galaxy Z Flip 5 smartfonları ilə birlikdə təqdim ediləcəyi gözlənilir. Təqdimat iyul ayının sonunda baş tuta bilər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər