
Samsung Galaxy Tab S9+ planşeti Geekbench testlərindən keçib
Elm & Texnologiya
13.04.2023
Emil
Samsung Galaxy Tab S9+ planşeti Geekbench bençmarkının məlumatlar bazasında ortaya çıxıb. Qeyd etmək lazımdır ki, bir neçə gün bundan öncə adi Galaxy Tab S9 ilə Tab S9 Ultra da Geekbench testlərindən keçmişdilər. Galaxy Tab S9+ planşeti SM-X818U indeksini əldə edib. Bu indeks Galaxy Tab S9 planşet seriyasına daxil olacaq digər modellərin indekslərinə bənzəyir və adi Galaxy Tab S9-un indeksindən (SM-X716B) sonra, Galaxy Tab S9 Ultra-nın indeksindən (SM-X916B) isə əvvəl gəlir.
Beləliklə Galaxy Tab S9+ planşeti Geekbench-in bir nüvəli testi çərçivəsində 2049 xal, çox nüvəli testi çərçivəsində isə 5492 xal toplayıb. Geekbench testlərindən planşetin 12 GB RAM-a sahib versiyası keçib. Nüvələrin paylanması və standart rejimdə çalışma tezliyi göstəricisinə əsasən demək olar ki, Galaxy Tab S9+ modeli Snapdragon 8 Gen 2-nin sürətləndirilmiş versiyası vasitəsilə çalışacaq. Söhbət, Snapdragon 8 Gen 2 for Galaxy prosessorundan gedir. Qeyd etmək lazımdır ki, Galaxy S23 smartfon seriyasının bütün modelləri də məhz bu prosessor vasitəsilə çalışırlar. Galaxy Tab S9 planşet seriyasının yay fəslinin sonunda təqdim ediləcəyi gözlənilir.
Paylaş
Bənzər xəbərlər