Logo
    main-post-cover

    Samsung Galaxy Tab S9+ planşetinin hansı prosessora sahib olacağı məlum olub

        Hələ təqdim edilməmiş Galaxy Tab S9 planşet seriyasına daxil olacaq Galaxy Tab S9+ modeli Geekbench-in məlumatlar bazasında ortaya çıxıb. Sözügedən planşet SM-X816B model nömrəsinə sahibdir. Geekbench-dəki məlumatlara əsasən Galaxy Tab S9+ planşeti Snapdragon 8 Gen 2 prosessoru vasitəsilə çalışır. Qeyd etmək lazımdır ki, Geekbench testlərindən bu planşetin 12 GB RAM-a sahib versiyası keçib.
        Beləliklə planşet Geekbench-in bir nüvəli testi çərçivəsində 1974 xal, çox nüvəli testi çərçivəsində isə 5194 xal toplayıb. Planşet Android 13 əməliyyat sistemi vasitəsilə çalışır. Son məlumat sızıntılarına əsasən Galaxy Tab S9+ planşeti 120 Hz-lik təsvir yenilənməsinə sahib OLED ekran və IP67 standartı üzrə sudan və tozdan qorunan gövdə ilə təchiz olunacaq. Galaxy Tab S9 planşet seriyasının avqust ayında təqdim olunacağı gözlənilir.
    Paylaş
    Bənzər xəbərlər