Logo
    main-post-cover

    Samsung Galaxy Tab S9+ planşetinin render fotoları təqdim edilib

        Artıq məlumdur ki, Samsung şirkəti hal hazırda Galaxy Tab S9 planşet seriyası üzərində çalışır. İndi isə OnLeaks ləqəbli məşhur insayder bu seriyaya daxil olacaq modellərdən birinin render fotolarını təqdim edib. Söhbət, Galaxy Tab S9+ planşetindən gedir. Təqdim edilmiş fotolardan da görmək olar ki, Galaxy Tab S9+ planşeti hal hazırda aktual olan planşet modelindən xarici görünüşcə heç də fərqlənməyəcək. Yeni planşet ekran ətrafı nazik çərçivələrə və ikili arxa kameraya sahib olacaq.
        Bununla yanaşı planşetin arxa panelində stilusun bərkidilməsi üçün nəzərdə tutulmuş xüsusi yer də olacaq. Texniki özəlliklərə gəldikdə isə Galaxy Tab S9+ planşeti 120 Hz-lik təsvir yenilənməsinə sahib 12.4 düym AMOLED ekran, Snapdragon 8 Gen 2 for Galaxy (Snapdragon 8 Gen 2-nin sürətləndirilmiş versiyası) prosessoru, 4 ədəd səsgücləndirici və ön kamera ilə təchiz olunacaq. Galaxy Tab S9+ modelinin nə zaman təqdim ediləcəyi bilinmir. Lakin bəzi məlumat sızıntılarına əsasən o, digər Galaxy Tab S9 modelləri ilə birlikdə yay fəslinin sonunda təqdim ediləcək.
    Paylaş
    Bənzər xəbərlər