Logo
    main-post-cover

    Samsung Galaxy Watch 6-nın hansı prosessor vasitəsilə çalışacağı məlum olub

        Samsung şirkəti Galaxy Watch 6 smart saatının təqdimatına hazırlaşır. İndi isə sözügedən smart saat Bluetooth SIG adlı təşkilatın məlumatlar bazasında ortaya çıxıb. Nəticədə Galaxy Watch 6-nın hansı prosessora sahib olacağı məlum olub. Beləliklə məlumata əsasən smart saat Exynos W930 prosessoru vasitəsilə çalışacaq. O, Galaxy Watch 5-də olan Exynos W920 prosessorunu əvəz edəcək.
        Yeni prosessor sayəsində Galaxy Watch 6-nın performans göstəricisi 10% yüksəlməlidir. Daha öncəki məlumat sızıntılarına əsasən Samsung-un yeni smart saatı 1.47 düym ekran və 425 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Qeyd etmək lazımdır ki, Galaxy Watch 6 smart saatı qatlana bilən Galaxy Z Fold 5Z Flip 5 smartfonları ilə birlikdə Galaxy Unpacked tədbiri çərçivəsində təqdim olunacaq. Galaxy Unpacked tədbirinin isə gələn ayın sonunda baş tutacağı gözlənilir.
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Samsung Galaxy Watch 6-nın hansı prosessor vasitəsilə çalışacağı məlum olub | Technote