
Samsung Galaxy Watch 6-nın rəsmi təqdimat posteri sızıdırılıb
Elm & Texnologiya
18.07.2023
Emil
Artıq gələn həftə Samsung şirkəti Cənubi Koreyada Galaxy Unpacked tədbirini keçirəcək. Sözügedən tədbirdə şirkət qatlana bilən Galaxy Z Fold 5 və Z Flip 5 smartfonları ilə yanaşı həmçinin Galaxy Watch 6 smart saat seriyasını da təqdim edəcək. Sözügedən seriyaya Galaxy Watch 6 və Watch 6 Classic modelləri daxil olmalıdırlar. İndi isə bu yeni smart saat seriyasının rəsmi təqdimat posteri internetə sızdırılıb.
Beləliklə sızdırılmış rəsmi təqdimat posterinə əsasən həm Galaxy Watch 6 həm də Galaxy Watch 6 Classic bazara 2 gövdə ölçüsündə satışa çıxacaq. Adi Galaxy Watch 6 modeli 40 mm və 44 mm, Galaxy Watch 6 Classic modeli isə 43 mm və 47 mm gövdə ölçülərində satışa çıxacaq. Hər iki modelin həmçinin Wi-Fi və Wi-Fi + LTE versiyaları olacaq. Son məlumat sızıntılarına əsasən Galaxy Watch 6 smart saatları OLED ekranla təchiz olunacaqlar və Exynos W930 prosessoru vasitəsilə çalışacaqlar.
Paylaş
Bənzər xəbərlər