Logo
    main-post-cover

    Samsung Galaxy Watch 6 smart saatı barəsində yeni məlumatlar verilib

        İnsayderlər Samsung-un hal hazırda hazırladığı Galaxy Watch 6 smart saatı barəsində yeni məlumatlar təqdim ediblər. Son məlumatlara əsasən şirkət sözügedən smart saatı iki versiyada təqdim edəcək. Galaxy Watch 6 Watch 6 Classic. İnsayderlər bildiriblər ki, sözügedən smart saatlar yeni Exynos prosessoru vasitəsilə çalışacaqlar. Söhbət, Exynos W980 adlı prosessordan gedir.
        Məlumata əsasən sözügedən prosessor 5 nanometrlik texnoloji proses əsasında hazırlanıb və o, Galaxy Watch 4 ilə Watch 5-də istifadə edilən Exynos W920 prosessorundan fərqli olaraq 10% daha performanslı olacaq. Bundan əlavə olaraq Exynos W980 prosessoru Galaxy Watch 6 smart saatlarının bir dəfə şarj olunandan sonra daha çox çalışmalarına imkan verəcək. Galaxy Watch 6 smart saatlarının avqust ayında qatlana bilən Galaxy Z Fold 5Z Flip 5 smartfonları ilə birgə təqdim olunacaqları gözlənilir.
    Paylaş
    Bənzər xəbərlər