
Samsung Galaxy Watch 6 smart saatı hansı gücdə şarj texnologiyasını dəstəkləyəcək?
Elm & Texnologiya
07.06.2023
Emil
Samsung şirkətinin iyul ayının sonunda keçirəcəyi Galaxy Unpacked tədbiri çərçivəsində qatlana bilən Galaxy Z Fold 5 və Z Flip 5 smartfonları ilə yanaşı Galaxy Watch 6 smart saat seriyası da təqdim olunacaq. İndi isə bu smart saat seriyasına daxil olacaq modellərin hansı gücdə şarj texnologiyasını dəstəkləyəcəkləri məlum olub. Beləliklə məlumatda qeyd edilib ki, Galaxy Watch 6 seriyasının modelləri 10 vatt gücündə şarj texnologiyasını dəstəkləyəcəklər. Galaxy Watch 4 ilə müqayisədə bu göstərici iki dəfə çoxdur. Lakin Galaxy Watch 6 modellərinin bir qədər böyük həcmli batareyalar ilə təchiz olunacaqlarını nəzərə alsaq, güman etmək olar ki, onlar Galaxy Watch 5-dən fərqli olaraq daha uzun müddət ərzində şarj olunacaqlar.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
