Logo
    main-post-cover

    Samsung Galaxy Watch 6 smart saatları təqdim edilib - QİYMƏTİ

    Elm & Texnologiya
    26.07.2023
    Emil
        Samsung şirkəti Galaxy Unpacked tədbiri çərçivəsində həmçinin Galaxy Watch 6 smart saat seriyasını təqdim edib. Şirkətin yeni smart saat seriyasına adi Galaxy Watch 6 ilə yanaşı həmçinin Galaxy Watch 6 Classic də daxil olub. Hər iki model iki versiyada təqdim olunub və onlar öz aralarında gövdə ölçülərinə görə fərqlənirlər. Beləliklə adi Galaxy Watch 6 modeli 40 mm 44 mm gövdə ölçülərində təqdim olunub. 40 mm gövdə ölçüsünə sahib versiya 432x432 piksel keyfiyyətli 1.3 düym Super AMOLED, 44 mm gövdə ölçüsünə sahib versiya isə 480x480 piksel keyfiyyətli 1.5 düym Super AMOLED ekran ilə təchiz olunub. Sözügedən smart saatlar Exynos W930 prosessoru vasitəsilə çalışırlar və 2 GB RAM ilə 16 GB daxili yaddaşa sahibdirlər.
        Smart saatların gövdələri IP68 5ATM standartları üzrə sudan qorunurlar. Galaxy Watch 6-nın 1.3 düym ekranlı versiyası 300 mAh, 1.5 düym ekranlı versiyası isə 425 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Qeyd etmək lazımdır ki, bütün Galaxy Watch 6 modelləri çoxlu sayda idman rejimini dəstəkləməklə yanaşı həmçinin qandakı oksigen miqdarını, təzyiqi və ürək döyüntülərini ölçə və o cümlədən qadınlarda menstrual dövrləri monitorinq edə bilirlər. Bura həmçinin yuxu keyfiyyətinə nəzarət də daxildir. Həmçinin bu smart saatlar istifadəçinin düşüşünü də təyin edə bilirlər.
        İstifadəçi yıxılan zaman Galaxy Watch 6 yardım xidməti ilə əlaqə yaradacaq. Smart saatlarda üstəlik LTE, Bluetooth 5.3, iki diapazonlu Wi-Fi, NFC GPS texnologiyalarının dəstəkləri reallaşdırılıb. Galaxy Watch 6 Classic modelinə gəldikdə isə o da iki gövdə ölçüsü variantında təqdim edilib. 43 mm 47 mm. Fərqli gövdə ölçülərinə sahib olmasına baxmayaraq Galaxy Watch Classic modelində ekran ölçüləri adi modeldəki ekran ölçüləri ilə eynidir. Bununla yanaşı Galaxy Watch 6 Classic modeli adi modelin sahib olduğu bütün funksiyaları və texniki göstəriciləri özündə birləşdirir.
        Watch 6 Classic-in əsas fərqləndirici özəlliyi ondadır ki, o, fırlana bilən ekran çərçivəsinə sahibdir. Onun sayəsində istifadəçi interfeys elementlərini idarə edə smart saatın menyusunun naviqasiyasında istifadə edə bilər. Bununla yanaşı Watch 6 Classic-in gövdəsi paslanmaz poladdan hazırlanıb. Galaxy Watch 6 smart saatları 11 avqust tarixində satışa çıxacaqlar. Gövdə ölçüsündən asılı olaraq adi Galaxy Watch 6-nın qiyməti 300-380$, Galaxy Watch 6 Classic-in qiyməti isə 400-480$ təşkil edəcək.
    Paylaş
    Bənzər xəbərlər