
Samsung Galaxy Watch 6 smart saatlarının reklam fotoları təqdim edilib
Elm & Texnologiya
19.06.2023
Samsung gələn ayın sonunda Galaxy Unpacked tədbirini keçirtməlidir. Baş tutacaq tədbirdə qatlana bilən Galaxy Z Fold 5 və Z Flip 5 smartfonları ilə yanaşı Galaxy Watch 6 smart saat seriyası da təqdim ediləcək. Yeni smart saat seriyasına adi Galaxy Watch 6 ilə yanaşı həmçinin Galaxy Watch 6 Classic də daxil olmalıdır. İndi isə insayderlər sözügedən smart saatların keyfiyyətli reklam fotolarını təqdim ediblər.
Təqdim edilmiş reklam fotolarından da görmək olar ki, Galaxy Watch 6 ilə Watch 6 Classic smart saatları öz əvvəlki modellərinə bənzəyirlər. Adi Galaxy Watch 6 modeli ölçü baxımından bir qədər kiçik olacaq. Galaxy Watch 6 Classic modeli isə öz dəri kəməri və hərəkətli gövdəsi ilə fərqlənəcək. Bu smart saatlar ümumilikdə 4 möxtəlif ölçüdə satışa çıxacaqlar. Adi Galaxy Watch modeli 40 mm və 44 mm gövdə ölçüsünə, Galaxy Watch 6 Classic modeli isə 43 mm və 47 mm gövdə ölçüsünə sahib olacaq. Hər iki model Exynos W930 prosessoru vasitəsilə çalışmalıdır.
Bənzər xəbərlər
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...