
Samsung Galaxy Watch 6 smart saatlarının satış qiymətləri təqdim edilib
Elm & Texnologiya
20.06.2023
Emil
Dünən Samsung Galaxy Watch 6 smart saatlarının keyfiyyətli render fotoları təqdim edilmişdi. İndi isə insayderlər sözügedən smart saatların Avropa bazarında hansı qiymətə satılacaqları barəsində məlumatları təqdim ediblər. Qeyd etmək lazımdır ki, adi Galaxy Watch 6 modeli bazara 40 mm və 44 mm gövdə ölçülərində satışa çıxacaq. Galaxy Watch 6 Classic isə bazara 43 mm və 47 mm gövdə ölçülərində satışa çıxacaq. İnsayderlər bildiriblər ki, Galaxy Watch 6-nın 40 mm-lik gövdəyə sahib modelinin Bluetooth-lu versiyası 319 avroya, 4G LTE-li versiyası isə 369 avroya satılacaq.
Smart saaatın 44 mm-lik gövdəyə sahib modelinə gəldikdə isə onun Bluetooth-lu versiyası 349 avroya, 4G LTE-li versiyası 399 avroya satılacaq. Galaxy Watch 6 Classic-in 43 mm-lik gövdəyə sahib modelinin Bluetooth-lu versiyasının qiyməti 419 avro, 4G LTE-li versiyasının qiyməti isə 469 avro təşkil edəcək. Galaxy Watch 6 Classic-in 47 mm-lik gövdəyə sahib modelinin Bluetooth-lu versiyası 449 avroya, 4G LTE-li versiyası 499 avroya satılacaq. Qeyd etmək lazımdır ki, Galaxy Watch 6 smart saat seriyası gələn ayın sonunda Galaxy Unpacked tədbiri çərçivəsində qatlana bilən Galaxy Z Fold 5 və Z Flip 5 smartfonları ilə birlikdə təqdim olunmalıdır.
Paylaş
Bənzər xəbərlər