Samsung Galaxy Watch 6 və Watch 6 Pro barəsində məlumatlar ortaya çıxıb

Samsung Galaxy Watch 6 və Watch 6 Pro barəsində məlumatlar ortaya çıxıb

Texnologiya
13.03.2023 PAYLAŞIM

    İnternetdə Samsung şirkətinin Galaxy Watch 6 Watch 6 Pro smart saatları barəsində məlumatlar ortaya çıxmağa davam edir. Beləliklə verilmiş yeni məlumata əsasən sözügedən smart saatlar 4 müxtəlif gövdə ölçüsündə təqdim olunacaqlar. Adi Galaxy Watch 6 modeli 40 44 mm gövdə ölçüsünə, Galaxy Watch 6 Pro modeli isə 42 46 mm gövdə ölçüsünə sahib olacaq. Bununla yanaşı müxtəlif gövdə ölçülərinə sahib modellər öz aralarında həmçinin batareya həcmi baxımından da fərqlənəcəklər.

    Belə ki, 40 mm gövdə ölçüsünə sahib adi Galaxy Watch 6 modeli 300 mAh, 44 mm gövdə ölçüsünə sahib adi Galaxy Watch 6 isə 425 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Galaxy Watch 6 Pro-ya gəldikdə isə onun 42 mm ölçülü gövdəyə sahib versiyası 300 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Pro modelin 46 mm ölçülü gövdəyə sahib versiyasının hansı həcmli batareya ilə təchiz olunacağı məlum deyil. Lakin güman edilir ki, söhbət, 600 mAh-lıq batareyadan gedir. Galaxy Watch 6 smart saat seriyasının avqust ayında qatlana bilən Galaxy Z Fold 5Z Flip 5 smartfonları ilə birlikdə təqdim ediləcəyi gözlənilir.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Üzən Günəş panelləri 6000-dən çox şəhərin elektrik enerjisi tələbatını tamamilə ..

Aparılmış yeni tədqiqata əsasən üzən Günəş panelləri planetin müxtəlif nöqtələrində olan minlərlə şə..


Apple öz elektromobilinin salonu üçün unikal işıqlandırma texnologiyasını patent..

Apple şirkəti Project Titan adı altında bilinən layihəsi çərçivəsində hazırlanan gələcək elektromobi..


Huawei FreeBuds 5-in real fotosu ortaya çıxıb

23 mart tarixində Huawei şirkətinin növbəti təqdimat tədbiri keçiriləcək.


Elon Musk Starship-in ilk orbital uçuşunu anons edib

SpaceX şirkətinin CEO-su Elon Musk planetlərarası Starship kosmik raketinin ilk orbital uçuşunu anon..


Samsung Exynos 2300 prosessoru barəsində yeni məlumatlar verilib

Bir neçə müddət bundan öncə insayderlər Samsung şirkətinin Exynos 2300 adlı yeni flaqman prosessoru ..


Qualcomm subflaqman və orta büdcəli smartfonlar üçün Snapdragon 7+ Gen 2 prosess..

Qualcomm şirkəti Snapdragon 7 seriyasının yeni prosessorunu təqdim edib. Söhbət, Snapdragon 7+ Gen 2..

×