
Samsung Galaxy Watch 6-ya vacib bir özəllik geri qayıda bilər
Elm & Texnologiya
14.03.2023
Emil
İnsayderlərin vermiş olduqları yeni məlumata əsasən Samsung şirkətinin bu il təqdim edəcəyi Galaxy Watch 6 smart saat seriyası konstruksiya baxımından əvvəlki versiyalardan bir qədər fərqlənəcək. Belə ki, məlumatda qeyd edilib ki, şirkət Galaxy Watch 6-ya fırlana bilən ekran ətrafı çərçivəni geri qaytaracaq. Qeyd etmək lazımdır ki, vaxtı ikən fırlana bilən ekran çərçivəsi Galaxy Watch 4 Classic modelinin fərqləndirici özəlliyi idi. İnsayderlər bildiriblər ki, bu il Samsung böyük ehtimal ilə Galaxy Watch 6 smart saat seriyasında Pro modeldən imtina edəcək və onu Classic model ilə əvəzləyəcək. Məlumatda qeyd edilib ki, fırlana bilən ekran çərçivəsinə sahib Galaxy Watch 6 modeli iki versiyada təqdim ediləcək. Bəzi insyaderlər ümumiyyətlə bildiriblər ki, Samsung bu il Galaxy Watch 6 seriyasında 4 ədəd smart saat modeli təqdim edəcək. Qeyd etmək lazımdır ki, Galaxy Watch 6 smart saat seriyasının avqust ayında qatlana bilən Galaxy Z Fold 5 və Z Flip 5 smartfonları ilə birlikdə təqdim ediləcəyi gözlənilir.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy F56 smartfonu təqdim edilib - QİYMƏTİ
