
Samsung Galaxy Watch smart saatları müxtəlif səthlərin və obyektlərin temperaturlarını ölçə biləcəklər
Elm & Texnologiya
21.07.2023
Emil
Samsung şirkəti hələ təqdim edilməmiş Galaxy Watch 6 və daha öncəki smart saatları üçün yeni faydalı funksiyaları anons edib. Məlumatda qeyd edilib ki, bundan sonra Samsung-un smart saatları əşyaların, mayelərin və istənilən səthin temperaturunu ölçə biləcəklər. Bu, Thermo Check: LifeTemperature adlı tətbiq vasitəsilə mümkün olacaq. Qeyd etmək lazımdır ki, sözügedən tətbiq artıq Google Play Store-da mövcuddur.
Tətbiqin təsvirində qeyd edilmiş məlumata əsasən gələcək Galaxy Watch modellərinin istifadəçiləri müxtəlif səthlərlə fiziki kontakta girmədən bu tətbiq vasitəsilə onların temperaturlarını ölçə biləcəklər. Bu, isti tava, qida və hətta su da ola bilər. Gələn həftə baş tutacaq Galaxy Unpacked tədbiri çərçivəsində təqdim ediləcək Galaxy Watch 6 ilə Watch 6 Classic smart saatları bu tətbiqə qutudan sahib olacaqlar. Galaxy Watch 5 smart saat modellərində isə sözügedən tətbiqin dəstəyi daha sonra reallaşdırılacaq. Bu tətbiqin dəstəyi mövzusunda Galaxy Watch 4 modellərinin adları çəkilməyib. Buna görə də sözügedən tətbiq Galaxy Watch 5 və Galaxy Watch 6 seriyası vasitəsilə dəstəklənəcək.
Paylaş
Bənzər xəbərlər