main-post-cover

    Samsung Galaxy Watch Ultra smart saatını təqdim edə bilər

    Elm & Texnologiya
    17.10.2023
    Emil Nəcəfov
         Samsung şirkətinin portfoliosunda Galaxy Watch 5 Pro adlı smart saat mövcuddur və onu müəyyən mənada Apple şirkətinin Watch Ultra smart saatının rəqibi hesab etmək olar. Lakin bununla belə sözügedən smart saatlar fərqli seqmentlərdə çıxış edirlər. Bu səbəbdən də Samsung şirkəti Apple Watch Ultra ilə tam səviyyədə rəqabət apara biləcək smart saatını yaxın gələcəkdə təqdim edə bilər.
         Samsung rəsmi şəkildə bildirib ki, o, smart saatların ekranları kimi kiçik ekranlarda micro-LED texnologiyasının istifadəsini nəzərdən keçirir. İnsayderlər isə xəbər veriblər ki, micro-LED ekran şirkətin Galaxy Watch Ultra adlı yeni smart saatında istifadə edilə bilər. Təbii ki, Apple Watch Ultra ilə lazımi səviyyədə rəqabət aparmaq üçün Samsung-un yeni smart saatı təkcə ekranı ilə seçilməməlidir. Lakin Galaxy Watch Ultra barəsində hələ ətraflı bir məlumat yoxdur.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Samsung Galaxy S20 FE üçün sistem yenilənməsi istifadəyə verilib
    samsung-galaxy-s20-fe-ucun-sistem-yenilenmesi-istifadeye-verilib
    Samsung Galaxy A52s üçün Android 14 əsaslı OneUI 6.0-ın beta versiyası istifadəyə verilib
    samsung-galaxy-a52s-ucun-android-14-esasli-oneui-60-in-beta-versiyasi-istifadeye-verilib