main-post-cover

    Samsung Galaxy X gəlir

    Elm & Texnologiya
    24.09.2017
    Orxan Jafarli
    Texnologiya nəhəngi Samsung-un cığır açacaq yeni bir smartfonu ortaya çıxdı. Galaxy X adını daşıyan bu yeni smartfon bənzərsiz bir xüsusiyyətə sahibdir.
    Gün keçmir ki yeni bir Samsung marka smartfon xəbəriylə qarşımıza çıxmasın. Bu gün ortaya çıxan və Galaxy X adını daşıyan yeni bir smartfon isə, digər smartfonlardan çox fərqli bir xüsusiyyətə sahibdir.
    Daha əvvəl Lenovo və Samsung kimi firmalar fəaliyyətlərdə çox fərqli qatlana bilən ekranlı smartfon "prototipi" göstərmiş olsalar da, yeni ortaya çıxan Galaxy X ardıcıl istehsala başlanacaq və satışa təqdim ediləcək "ilk" qatlana bilən ekranlı smartfon olacaq.
    Çünki daha əvvəl Bluetouth sertifikatı aldığı ortaya çıxan yeni Galaxy X, bu gün də Cənubi Koreyada ölkənin Milli Radio Agentliyi tərəfindən qəbul olunub. Samsung-un üst səviyyəli mobil operatoru Koh Dong-jin tərəfindən təsdiqlənmiş bu yeni smartfon Apple iPhone X-də tam rəqib kimi gələcək.
    Göründüyü kimi Samsung, iPhone X ilə yüksək aspektli nisbətdə tam ekran smartfon trendini əlində tutan Apple-ın qarşısına, Galaxy X adlı qatlana bilən ekranlı smartfon ilə çıxacaq. Cihazın bu sürətlə gedərsə 2017-ci ilin sonlarına doğru təqdim edilməsi gözlənilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər