main-post-cover

    Samsung Gear S4 ilə nəbz və təzyiqi ölçmək mümkün olacaq

    Elm & Texnologiya
    30.03.2018
    Nijat Hamid
    Ortaya çıxan bəzi məlumatlara görə, Samsung Gear seriyasının davamı olan Gear S4 modeli üçün bir sıra yeniliklər üzərində işləyir. Gear S3 ilə ağıllı saat bazarında müsbət rəylər alsa da, Apple Watch seriyasında olan funksiyaların bir çoxundan məhrum idi. Ortaya çıxan bəzi patentlərə görə, Samsung Gear S4 ilə birliktə artıq "Təzyiq" ölçmək mümkün olacaq. Ayrıca nəbz və bır sıra digər sağlıqla əlaqəli funksiyalar olacaq.
    Gear S4, yeni Exynos 7270 prosessorunu istifadə edəcək və əvvəlkinə nəzərən daha çox performanslı və batareya ömrü uzun olacaq.    
    Əlavə olaraq idman üçün bir sıra yeniliklər də olacaq. Bundan başqa, 3 trilyon dəyəri olan sağlıq sənayesində yüksəlməyi planlayan Samsung bunun üçün bir çox patenti çoxdan alıb. Digər patentlərə nəzər saldıqda görürük ki, Gear S4 modelində fırlana bilən çərçivə, OLED ekran və bütünləşmiş bir kamera olacaq. Bu patentləri aldığına görə Samsung, Gear S4 modeli ilə bizi bizdən almağı düşünür.

    Linki kopyala