main-post-cover

    'Samsung' gələcəyin ekran və saatlarını əks etdirən cihazların patentlərini aldı

    Elm & Texnologiya
    06.01.2018
    Emil Nəcəfov
     “Samsung” şirkəti bir neçə maraqlı cihazın patentini əldə edib.
    Onlardan biri toxunmaya həssas elastiki sensor ekran, digəri isə batareyanın qeyri-adi yerdə yerləşdiyi smart saatdır. Güman olunur ki, patenti əldə olunmuş yeni elastiki ekran Galaxy X smartfonu üçün nəzərdə tutulub. Ekran elə materialdan hazırlanıb ki, istifadəçi ekrana klik edərkən o bir qədər əyilir. Şirkətin digər patenti isə bir sıra maraqlı funksiyalara sahib smart saatı əks etdirir.

    Patentin əks etdirdiyi yeni smart saatı barmaq izi skanı, kamera və məsafə ölçən ötürücülərə sahibdir. Lakin yeni smart saatda ən maraqlı özəllik ondan ibarətdir ki, onun barmaq izi skanı qola bərkidilərn kəmərdə yerləşib. Qeyd olunub ki, bu texnologiya nəinki dəri və plastik kəmərlər üçün, həmdə dəmir materialdan hazırlanmış kəmərlər də üçün keçərlidir. Cihazın arxa panelində dairəvi LED indikatorlar yerləşir.

    Maraqlısı ondadır ki, patentdə əks olunmuş cihazın ölçüsü artıq satışa çıxmış Gear cihazlarının ölçülərindən heç də böyük deyil. Patentdə əks olunmuş cihazların nə dərəcədə real olduğu bilinmir. Lakin çox güman ki, şirkət həmin cihazlardakı texnologiyalardan öz gələcək məhsulları üçün artıq istifadə edir.

    Linki kopyala