main-post-cover

    Samsung, geyilə bilən robotunu təqdim etməyə hazırlaşır!

    Elm & Texnologiya
    27.05.2024
    Aslan Aslanov

         Samsung, ilk dəfə 2019-cu ildə təqdim etdiyi geyilə bilən robotu Bot Fit üzərindəki işlərini başa çatdırıb və 2024-cü ilin sonuna kimi satışa çıxarmağa hazırlaşır.

         Samsung, 2019-cu ildə konsept olaraq nümayiş etdirdiyi köməkçi robotunu GEMS Hip olaraq adlandırmışdı. Şirkət, robotu 2022-ci ilin sonunda işə salmağı planlaşdırırsa da, bu planı baş tutmamış və daha sonra isə adının Bot Fit olaraq dəyişdirildiyini bildirmişdi. Koreyadan gələn son xəbərlərə görə isə, Samsung, Bot Fit-in inkişafı və kütləvi istehsal işlərini tamamlayıb. Şirkət, 2024-cü ilin avqust-sentyabr ayları arasında daşınan robotunu bazara çıxarmağı hədəfləyir.
         Bilməyənlər üçün isə qeyd edək ki, Bot Fit, gəzmək, idman etmək və yerişi yaxşılaşdırmaq üçün omba və diz ətrafına taxılır. Koreya nəhəngi, bu texnologiya ilə yeriməyin metabolik xərclərini 24% azaltmağı hədəfləyir. Buna görə də, Bot Fit, hərəkət qabiliyyəti məhdud olan insanların yerimə sürətini 14% artırmağa kömək edəcək mühərriklər və sensorlar ilə təchiz edilib. Geyilə bilən robot, həmçinin yerimə nümunələrini izləyir və istifadəçilərə zamanla onları optimallaşdırmağa kömək etməyə imkan verən məsləhətlər verir. Robot, həmçinin fərqli məşqlərə də kömək etməklə daha səmərəli hərəkəti gerçəkləşdirmək məqsədi daşıyır. Samsung-un ilk mərhələdə 100 min ədəd Bot Fit istehsal edəcəyi gözlənilir. Qiyməti hələ açıqlanmasa da, bazarda rəqibsiz olacağını qeyd etmək lazımdır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Samsung Galaxy A52 5G və Galaxy M53 smartfonları OneUI 6.1-i əldə etməyə başlayıblar
    samsung-galaxy-a52-5g-ve-galaxy-m53-smartfonlari-oneui-61-i-elde-etmeye-baslayiblar
    Samsung Galaxy Watch 7 Ultra-nın ilk keyfiyyətli render fotoları təqdim edilib
    samsung-galaxy-watch-7-ultra-nin-ilk-keyfiyyetli-render-fotolari-teqdim-edilib
    Samsung Galaxy Z Fold 6 Slim adlı qatlana bilən smartfonu təqdim edə bilər
    samsung-galaxy-z-fold-6-slim-adli-qatlana-bilen-smartfonu-teqdim-ede-biler
    Büdcəli Samsung Galaxy A14 5G smartfonu OneUI 6.1 istifadəçi interfeysini əldə etməyə başlayıb
    budceli-samsung-galaxy-a14-5g-smartfonu-oneui-61-istifadeci-interfeysini-elde-etmeye-baslayib
    Samsung-un bu il hansı smart saatları təqdim edəcəyi açıqlanıb
    samsung-un-bu-il-hansi-smart-saatlari-teqdim-edeceyi-aciqlanib