
Mobil İnternet Brauzer
bazarında Samsung və Google qarşı-qarşıya gələcək. Android cihaz dəstəyini
genişlədən Samsung İnternet Browser beta versiyası, Google Chrome-u-təhdid
edir.Daha əvvəl Google Pixel və Pixel XL modellərinin yanında
yalnız Samsung smartfonları üçün təqdim edilmiş olan Samsung Internet Browser
beta versiyası, bundan belə Android 5.0 Lollipop və üstünə sahib hər kəs tərəfindən
yüklənməsi mümkün olacaq.
Samsung tərəfindən Android istifadəçiləri üçün inkişaf etdirilən və 6.2 yenilənməsi edən Samsung İnternet Browser Beta, bu sayədə cihaz dəstəyini də genişləndirmişdir. Beləcə şirkət artıq Google Chrome qarşısına da əhəmiyyətli bir rəqib çıxarmış oldu. Əlavə olaraq, yeni gələn gecə rejimi, web səhifələrini daha rahat görməniz üçün yüksək kontrast nizamı və bütün cihazlarının arasında sinxronizasiya etmə imkanı yenə Samsung İnternet Browser 6.2 beta versiyası içərisində yer alır.
İstifadəçi
interfeysi, yüksək performans, üçüncü partiya əlavələri, daxili reklam blocker,
360 dərəcə videolara dəstək və daha çox isə Samsung-un mobil internet
skanerinin mövcud olan xüsusiyyətləri arasında yer alır.Beta versiyasın da olduğu kimi Samnsung İnternet Browser
stabil versiyasının da digər Android cihazlar üçün nə zaman dəstək təqdim edəcəyi
mövzusunda isə hələ hər hansı bir məlumat təqdim edilməyib. Digər tərəfdən bu dəstəyin
çox da gecikəcəyini düşünmürük.