main-post-cover

    'Samsung' göz ilə idarə olunan dronun patentini aldı

    Elm & Texnologiya
    20.02.2018
    Farid Pardashunas
    “Samsung” şirkəti istifadəçinin göz, əl hərəkətlərini izləyən, onun səsini təyin edə bilən və xüsusi ekrana sahib olan dronun patentini alıb.
        Bu barədə The Verge saytı xəbər verib. Patentdəki məlumata əsasən dron kamera və izləmə sistemi ilə təchiz olunacaq. Cihazın sürəti, uçuş istiqaməti isə istifadəçinin göz, əl və baş hərəkətləri vasitəsilə idarə olunacaq. Bundan əlavə olaraq sözügedən dron avtomatik şəkildə istifadəçinin yerini təyin edə biləcək. Şirkətin dronunda hiroskop, hərəkət ötürücüləri, akselerometr, GPS, Wi-Fi, vibrasiya sistemi və səsin təyin olunması texnologiyası olacaq. Həmçinin drondakı ekran istifadəçi üçün rahat olacaq vəziyyətlərə görə öz yerini ayarlaya biləcək.
     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər