
Samsung GPU mövzusunda AMD ilə əməkdaşlığını dayandırmağı planlaşdırır
Elm & Texnologiya
04.10.2023
Emil
Samsung şirkəti GPU sahəsində AMD ilə əməkdaşlığını dayandıra bilər. Bu isə o deməkdir ki, Samsung öz mobil prosessorlarında AMD-nin qrafik nüvələrindən istifadədən imtina edə bilər. Verilmiş məlumata əsasən Samsung avtomobil və süni zəka da daxil olmaqla müxtəlif sahələrdə rəqabət səviyyəsini fərdi qrafik prosessorlar vasitəsilə qaldırmaq niyyətindədir. Şirkət bu mövzuda öz qarşısına 2025-ci ilə qədər tamamilə müstəqil şirkət olmaq hədəfini qoyub. Yəni Samsung sözügedən mövzuda digər şirkətlərdən asılı vəziyyətə düşmək istəmir. Məlumata əsasən məhz bu cür niyyət çərçivəsində şirkət AMD ilə əməkdaşlığını dayandırmağı planlaşdırır. CPU və GPU-ların yaradılmasının nə dərəcədə qəliz olduqlarını nəzərə alsaq, əgər Samsung bu məsələdə 2025-ci ilə qədər öz GPU-nu yaratmaq istəyirsə, böyük ehtimal ilə şirkət artıq buna start verib.
Paylaş
Bənzər xəbərlər