
Samsung holoqrafik ekran düzəldir?
Elm & Texnologiya
07.05.2017
Farid
USPTO (ABŞ Patentləşdirmə və Müəllif Hüquqları ofisi) bir çox şirkətin yeni texnologiyalarına aid patentləri özündə saxlayır. Bu patentlərdən bəziləri gələcək texnologiyalarda istifadə olunur, bəziləri yox. Hətta bunların bir qismi dəli sayıla biləcək qədər qəribə proektlərdir.
Samsung`un da bu şirkətdə keçən il patentləşdirdiyi texnologiyalardan biri bu yaxınlarda üzə çıxıb. Bunun maraqlı tərəfi isə patentin holoqrafik texnologiya kateqoriyasına ad olmasıdır. Amma bu holqrafik texnologiya filmlərdə yaxud oyunlarda gördüyünüz kimi tam bir holoqrafik proeksiya üçün deyil. Sxemlərdə gördüyümüz kimi bu texnologiyanın tətbiq olunacağı telefonun normal bir gövdəsi və normal bir ekranı var. Ancaq siz telefonun üstünə xüsusi bir işıq proeksiyası cihazı yerləşdirəcəksiniz ki, bu da ekrandakı obyektlərin bir parça şüşə içərisində havada süzülürmüş kimi 3D göstərilməsinə imkan yaradacaq.
Təbiiki, bu sizin tam olaraq ağlınızda canlandırdığınız şey deyil, ancaq yenə də çox maraqlı bir funksiyadır.
Paylaş
Bənzər xəbərlər