main-post-cover

    Samsung iki istiqamətdə qatlana bilən yeni ekranını sərgiləyib

    Elm & Texnologiya
    22.01.2023
    Farid Pardashunas
        Samsung-un tərkibinə daxil olan Samsung Display şirkəti Flex In & Out adlı yeni qatlana bilən ekran prototipini sərgiləyib. Sərgilənmiş bu qatlana bilən ekranın əsas fərqləndirici özəlliyi ondan ibarətdir ki, o, hər iki istiqamətə qatlana bilir. Yəni ekran həm daxili həm də xarici istiqamətdə qatlanır. Bu isə öz növbəsində ekranın bir növ 360 dərəcə fırlanması effektini yaradır. Bundan əlavə olaraq şirkət sözügedən qatlana bilən ekranda daha fərqli şarnir konstruksiyasını reallaşdırıb. Nəticədə qatlanma zamanı ekranın səthində qatlanma izləri daha az gözə çarpır.
        Ekran üzərində qatlanma izinin qalması hal hazırda müasir qatlana bilən əksər smartfonların sahib olduqları problemlərdən biridir. Lakin digər istehsalçılar bu məsələdə irəliləyiş sərgiləyirlər. Məsələn qatlana bilən OPPO Find N2Motorola RAZR 3 smartfonlarının ekranlarında qatlanma izi çox az nəzərə çarpır. Qeyd etmək lazımdır ki, Samsung-un qatlana bilən smartfonlarının ekranları yalnız bir istiqamətdə qatlana bilirlər. Şirkətin hazırlamış olduğu Flex In & Out adlı ekran prototipi xarici görünüşcə Galaxy Z Fold-u xatırladır. Heç istisna deyil ki, gələcək Galaxy Z Fold modelləri məhz bu cür ekranla təchiz olunsunlar. Şirkət hətta bu il təqdim edəcəyi Galaxy Z Fold 5-də artıq bu cür ekranı reallaşdıra bilər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər