Logo
    main-post-cover

    Samsung ilə Nokia arasında razılıq əldə olundu.

    12 may 1865-ci ildə Fredrik İdestam tərəfindən Finlandiya'da qurulan Nokia, son zamanlar bazarda öz mövqeyini itirmişdir. Microsoft ilə əldə olunan razılığa əsasən Nokia bir müddət öz brendinin adı altında məhsul istehsal etmədi. Microsoft ilə razılığın bitməsindən sonra bazarda yenidən hərəkətə keçən Nokia Android platforması ilə geri dönüş etmək niyyətindədir.

    Bu mənada Nokia keçən günlərdə Samsung ilə patent razılığı əldə edə biləcəklərin açıqlamışdı. Növbəti müddətdə isə artıq bu iki şirkətin patent mövzusunda razılığa gəldikləri ortaya çıxdı.
    Müqavilə çərçivəsində Samsung, Nokia'ya 2015-ci ilin patentləri üçün 1.2 milyard euro ödəyəcək. 2 il davam etməsi gözlənilən müqaviləyə görə Finlandiyalı şirkət 1.2 milyard euro daha qazanacaq.
    Əldə olunan razılıq nə qədər Nokia'nın lehinə görünsədə, Finlandiyalı idarəedicilər bundan razı deyil. Açıqlamalarında isə LG ilə də bir patent anlaşılmazığı olduğunu dilə gətiriblər.


    Paylaş
    Bənzər xəbərlər