
Samsung ilk yuvarlana bilən OLED ekranını yaradıb
Elm & Texnologiya
23.05.2023
Emil
Samsung Display elan edib ki, yaxın günlərdə keçiriləcək SID Display Week 2023 sərgisi çərçivəsində o öz yeni OLED ekranlarını təqdim edəcək. Təqdim ediləcək yeni OLED ekranlar arasında şirkətin ilk yuvarlana bilən ekranı da olacaq. Söhbət, 12.4 düym ölçülü Rollable Flex adlı OLED ekrandan gedir. Şirkətin verdiyi məlumata əsasən sözügedən ekran tamamilə yuvarlana bilir. Məlumatda qeyd edilib ki, onun ölçüsünü 49 mm-dən 254.4 mm-ə kimi böyütmək mümkündür. Bu isə öz növbəsində smartfonu planşetə çevirmək imkanını verəcək. Ənənəvi qatlana bilən və hərəkətli ekranlar 3 dəfə genişlənmə qabiliyyətinə sahibdirlər. Lakin Samsung Display-in bu yeni yuvarlana bilən ekranı 5 dəfə genişlənmə qabiliyyətinə sahibdir.

Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Qatlana bilən Honor Magic V5 təqdim olunub - QİYMƏTİ
